Tuesday, December 8, 2015

Üç cür faciəli ölüm var - odda yanmaq, suda batmaq, uçurumdan düşmək.
 
Aylar öncə bina yanğınında yaşadıq yanaraq can verən körpələrin acısını. Və daha öncə Zaurun özünü yandıraraq intihar etməsinə şahid olduq.
 
Yanaraq ölmək. Çox acı bir şey olsa gərək. Axı insanın nə qədər canı boğazına gəlməlidir ki, bu cür ölümə getsin? Nə yazıq ki. insanımızı bu hala salmış rejim. O qədər acılar içində qalmış ki insan, yanaraq ölmək belə, çəkdiyi acıların yanında kiçik qalır.
 
Bu gün suda batanların acısını yaşayırıq.
 
Çok acınacaqlı durum. Buz kimi sular, ucsuz bucaqsız dəniz, ümidlərin öldüyü yer. Kimə inansın, ümid etsin o insan? Axı ümid edəcəyi rövnəqlər deyildimi onları hava şəraiti uyğun olmadığı halda "hasilatı durdurmayın" əmrini verən? O rövnəqlərmi qurtaracaqdı onları buz kimi xəzər sularından?
Qurtarmayacaqdı, bunu bilirdi neftçi. Onu öldürən ümidsizlik oldu.
Onu öldürən rejimin daha çox neft tamahı oldu.

* * *

Neftçilər nefti çaxırmamışdılar zaurlar onu üstünə tökərək canına qıysın.
Nə qəribədir deyilmi? Yanan binanı söndürən suda boğularaq can verdi zaurları yandıran nefti çıxarmış insanımız.
 
Amma hər biri bir-birindən xəbərsiz. Nə neft, nə də su günahkardır. Hər ikisini idarə edənlərdir günahkar.
Neft də, onun söndürən suda can aldı. Bəs kimə inanaq bundan sonra? Axı yanğını su söndürür deyə bilirdik. Bu dəfə su "yandırdı" canımızı.
 
Və nə qədər ki, rejim yerindədir, daha ummadığımız çox yerdən yanacaq canımız. kim deyərdi ki su insanı "yandırar".
Bir daha deyirəm, hər ikisinin, hətta üçüncüsünün də məsuliyyəti mövcud rejimin üzərindədir. Üçüncü hələ olmayıb, amma o da bu rejimin üzərindədir. rejimin potensialı bunu deməyə əsas verir.
* * *

Bu olanlar bilirsiz nəyə bənzəyir? Sifarişçi killerə qətl üçün tapşırıq verir, killer işi icra edir. Sonra sifarişçi "killeri" də özü aradan götürür və təmizə çıxır.
 

Əmin olun ki, ən faciəli ölümün ikisini bizə daddıran rejim, digər üçüncünü özü yaşayacaq - uçurumdan düşməklə, param-parça olmaqla. O gün uzaqda deyil. Qəribə də olsa acılarımızı yüngülləşdirəcək ən faciəli üçüncü ölüm. Bu ölümü dadan isə bizlərə bunca ölümü dadıranın özü, "sifarişçi" olacaq.

Sonuncu faciə daha acınacaqlı olacaq. » QaynarXeber.Az
Rəsul Mürsəlov

No comments:

Post a Comment