Friday, February 12, 2016

Həbsdə olan bloggerə işgəncə verilir - FAKT


Zaqatalada mitinqə aid şəkil paylaşdığı üçün həbs edilən blogger Emin Məmmədova polis şöbəsində işgəncə verilir.

Bunu iddia edir və isbatlayıram. Əlimdə sübutlarım var.

Belə ki, 27 yanvar tarixində həbs edilən bloggerin şəxsi mobil telefonundan, həbsindən sonrakı günlərdə şəxsimə aid “vatsapp” ünvanına dəfələrlə mesajlar gəlmişdir. Mesajlarda Eminin adından yazılar yazaraq şəxsimə aid bir sıra məlumatlar əldə etmək istəsələrdə, bloggerin həbsdə olduğunu bildiyimdən və yerli polis organlarının quldurluq fəaliyyətinə bələd olduğumdan danımşmamağa üstünlük verdim.

Polis əməkdaşı ard –arda 27,28, 29 və 30 yanvarda, iki gün aradan sonra 2, 3 və 5 fevralda E.Mimmidovun mobıl telefonundan minım vatsap nğmrimi mesajlar gönməkdə, həbsdə olan bloggerin adından danışmaqda idi (bu mesajların hər biri telefonumda qalır). Əsasən mesajlarda digər gənclərin (mitinqə dəstək verən) adları soruşulur, onlarla görüşmək istənilirdi. Əlbəttə ki, bu qeyri peşəkar xəfiyyə(lər)yə inanmırdım. Ancaq ona bu haqda heç nə demir, “oyunu” davam etdirirdim. Bu oyuna aldanan qeyri peşəkar polis onlara heç bir bilgi vermədiyimi gördükdə isə daha inandırıcı olması üçün həbsdə olan bloggeri öz iradəsinin əleyhinə danıçmağa məcbur etmiş, ona səsli mesaj göndərməsi üçün təzyiq etmişdir. İlk dəfə həbs edilən gün 28 yanvar tarixində, saat 16:03 də (Bakı saatı ilə) səsli mesaj gəlmişdir - bloggerin telefonundan. Daha sonra isə 5 fevral saat 09:38 də təkrar səsli mesaj gəldi. Hər iki halda danışan, həbsdə olan blogger Emin Məmmədov idi. Səs mesajında O, həbsdən çıxdığını deyir, ona Zaqatalada hər hansı siyasi iş tapşırığı verməyimi istəyirdi.

Ancaq onun səsində sezilən titrəyiş, arxa fonda gələn səslər açıqca bildirirdi ki, onu iradəsi əleyhinə, polis şöbəsində mənimlə danışmağa vadar etmişlər.

Bu isə hər necə olsa belə qanunlara ziddir, cinayətdir…

Yox, əgər polis iddia etsə ki, ona qarşı zorakılıq olmadan, öz iradəsi ilə mənimlə danışıb, bu halda yenə də Polis Şöbəsi məsuliyyət daşıyır və buna cavab verməlidir. Həbs edilmiş şəxs, həbsindən sonra hər gün mənimlə telefonda mesajlaşmaq kimi şansı necə əldə edib?

Bu sualı Zaqatala Polis Şöbəsi cavablandırmağa məcburdu, çünki ortada gözlə görülən bir məsuliyyətsizlik, quldurluq, cinayət var…-

Bu halda həbsdə olan bloggerə qarşı işgəncə olması öz təsdiqini tapır. Çünki həbsdə olan gənc öz istəyi ilə, iradəsi ilə məndən tələb edə, həttaisrar edə bilməzdi ki, mitinqə kimlərin qatılacağını ona bildirim və ya həmin şəxslərlə onun görüşməsini təmin edim. Təbii ki, bu polisin işgəncəsi nəticəsində baş vermişdi. Hətta dəqiq mənbədən aldığım bir məlumatda eynilə bu cür yazılmışdı: “həbs edilənlərin içində Emini xüsusilə döyüblər. Əllərini bağlayaraq ona xüsusilə ağır işgəncə verilib”.

Təsadüfi deyil ki, həbs edilən gəncləri yaxınları ilə görüşməyə qoymurlar. Polis Şöbəsindən həbs edilən gənclərin yaxınlarına bildirilib ki, sutkalıqları bitsin sərbəst buraxılacaqlar, ancaq hazırda görüşə icazə verilmir.

Sonda bütün ictimaiyyət nümayəndələri, siyasi partiya və təşkilatlar, müstəqil jurnalistlər, hüquq müdafiəçiləri və ictimai-siyasi fəallardan bu məsələyə diqqət ayırmasını, günahsız yerə həbs edilən Zaqatala fəallarının müdafiəsinə qalxmaqlarını xahiş edirəm.

Xüsusilə müstəqil KİV günahsız həbs edilən gəncləri ictimailəşdirməməkdə xüsusi maraq sərgilədi ki, bu da anlaşılan deyil. Dəfələrlə, bütün müstəqil mətbuat organlarına müraciət etməyimizə, məlumatlar verməyimizə rəğmən heç bir halda bu kimi qanunsuz olayı ictimailəşdirməməyi üstün tutan mətbuat, bundan sonra hansı addımı atacaq deyə maraqla gözləyirik. Sosial şəbəkələrdə yüz minlərlə izləyiciləri olan, sözdə müstəqil fəaliyyət göstərən səhifələrə də günahsız həbs edilən gənclərin fotosunu göndərmişik, lakin yayınlamaq bir yana, heç cavab vermək zəhmətinə belə qatlanmayıblar ki, bu da məndə müəyyən suallar doğurur. Hesab edirəm ki, həbs edilən gənclərin heç bir partiya mənsubiyyəti olmaması, sıradan gənclər olması onların həbsini  ictimaiyyətə çatdırmağa və müdafiəsinə qalxmağa “maneə” olmuşdur.

Əslində yazacaq çox şey var, amma ümumi mübarizəyə zərər vurmamaq adına susmağı, həbs edilən ona yaxın gənci də “qurban” verməyi üstün tuturam.

Həbs edilən və adları mənə məlum olan fəallar:

1.    Emin Məmmədov (blogger)
2.    Səbuhi Nusalov
3.    Vaqif Hüseynov
4.    Məhəmməd Ömərov
5.    Zair Osmanov
6.    Telman Mahnudcanov
7.    Rəhman Məmmədov.


RƏSUL MÜRSƏLOV

No comments:

Post a Comment