Wednesday, November 11, 2015

Rusiya Ermənistanın hava sahəsinə nəzarət edəcək.

                              Rusiya ölkəmizə yeni hücuma başlayır?

Dünən Rusiyanın Ermənistanla aralarında hərbi müqavilə bağlanması haqqında razılıq olduğu xəbər vermişdik.

İki ölkə arasında olan sazişə görə Rusiya Ermənistan hava sahəsinə nəzarət edəcək. Bu isə Rusiyanın Azərbaycana hava hücumu edəcəyi, müharibənin alovlanması olacağı kimi sualları meydana çıxarmışdı.

Rusiyanın Ermənistanla olan bu sazişi əslində nəyə hesablanıb, nəyə xidmət edəcək kimi suallara cavab almaq üçün mühacirətdə olan gənc siyasətçi Rəsul Mürsəlova müraciət etdik. Mürsəlov suallarımızı qısa cavablandıraraq bu məsələyə şərh verdi.

"Əvvəla onu qeyd edim ki, bu saziş məsələsi ortaya çıxan kimi hakimiyyət mediası yenə "Rusiya Qarabağı qaytarır" kimi tezislər ortaya çıxarmağa, xalqı bu sazişin mahiyyətindən yayındırmağa başladılar. Bu alışıldıq haldır, ancaq hələ də buna inanan kəsim var nə yazıq ki.

Fikir verirsiznizsə nə zaman Rusiya Azərbaycan əleyhinə bir addım atsa tez onu "malalamağa" çalışan rejim mediyası sinəsini qabağa verir.

İkinci yandan Rusiyanın Ermənistan hava sahəsinə nəzarəti ələ keçirməsi məsələsinə gəldikdə isə, burda Rusiyanın ilk olaraq Suriya siyasəti üzərindən buna getdiyini demək olar. Yəni Suriyaya hərbi hava müdaxiləsi üçün daha əlverişli mövgedə yerləşmək istəyi var.

Bilirsinizki 30 sentyabrdan başlayaraq Rusiya Suriyada hərbi hava müdaxiləsində iştirak edir. Bu hücumlarda Hələbi bombalayan Rusiya Əsəd rejiminə dəstəyi ilə yadda qaldı. Hələ keçən ayın 21 də Bəşər Əsədin Rusiyada Putinlə görüşməsi bu dəstəyi açıqca ifadə edirdi və ardınca Rusiyanın Ermənistan hava sahəsinə nəzarət haqqında sazişi də bunun tərkib hissəsidir. Hətta həmin görüşmədə Azərbaycanın da üzərinə düşən öhdəlik vardı və Əliyev rejimi bunun öhdəsindən "layiqincə" gəldi. Bu haqda elə sizin sayta verdiyim açıqlamada geniş şərh etmiş, hətta bəzi iddialar səsləndirmişdim (buradan oxuyun).

Bir daha yada salmaq üçün deyim ki, BMT nin qərarına görə Bəşər Əsədin xarici səfərləri yasaqlanıb. Ancaq buna baxmayaraq Rusiya Əsədi qəbul etdi. Əsəd isə Rusiyaya hava yolu ilə getmək üçün İran-Ermənistan-Gürcüstan üzərindən rusiya hava sahəsinə getməli idi. Lakin İran və Ermənistan buna razı olsada, gürcüstan BMT nin qərarını pozmağa razılıq vermədi və öz hava sahəsindən Əsədin uçuşuna izn vermədi. bu durumda Rusiya ilə məsləhətləşən Əsəd rejiminə Kremldən cavab belə oldu: İran- Azərbaycan və ordan da Rusiya hava sahəsinə uça bilərsiz.

Rusiya əmin idi ki, Əliyev rejimi Putinin əmrindən çıxa bilməz. Hətta BMT qərarına zidd olsa belə. Elə düşünüldüyü kimi də oldu və 20 oktyabr saat 15:21 də Əsədin içində olduğu təyyarə İran üzərindən Azərbaycan hava sahəsinə giriş etdi. Ardınca isə Rusiya hava sahəsinə keçdi. Mən bu iddianı səsləndirsəm də, təssüflər olsun ki, əliyevin bu cinayətinin üstünə gedilmədi.

Qayıdaq Rusiya ilə Ermənistan arasında olan sazişə. Heç kimə sirr deyil ki, Ermənistan Rusiyanın müstəmləkəsi kimi idarə edilir. O da bizə bəllidir ki, Rusiya hərbi qoşunları Ermənistanda yerləşdirilib. Hava sahəsinə nəzarətlə isə Ermənistanda hərbi gücünü tamamilə artıran Rusiya bu gün bu gücünü öz xarici siyasətində Suriya üçün işlədirsə, yaxınlarda Azərbaycan üçün işlədəcəyi də ortada. Zatən Əliyev rejiminin Kremlin göstərişi ilə idarə edildiyi bəlli idi, amma yaxınlarda, gedişat bu cür olarsa zamanında Ermənistanı nəzarəti altına aldığı kimi, Rusiya Azərbaycanı da öz nəzarəti altına alacaq.


Bir sözlə adı çəkilən saziş ilkin mərhələdə Rusiyanın Suriya siyasəti üçün planlaşdırılsa da, sonrakı mərhələdə Azərbaycan üçün ciddi təhdid olacağı da istisna deyil".

No comments:

Post a Comment