Saturday, August 1, 2015

DİKTATORLARIN SONU (video)

 Aşağıda yayımlanan videodakı Romanya diktatoru Nikolay Çauşesku və xanımı Elena Çauşeskunun məhkəməsi və ardınca yerindəcə hökmün icrası, güllələnməsi görüntüləridir.

 Nikolay Çauşesku 1965-1989 tarixləri arası Romanya Komunist Partiyası (PCR) sədri, 1974-1989 cu illər arasında isə Romanya Prezidenti olmuşdur.

 22 dekabr 1989 cu ildə Xalq etirazlarından sonra devrilən diktatora, 25 dekabr 89 cu ildə özünə və xanımına məhkəmə ölüm hökmü çıxardı. Elə məhkəmə binasından çıxarılan kimi hökm icra edilmiş və diktator ilə xanımı divar dibində gülləyə düzülmüşlər.

 Nikolay Çauşesku və xanımı Elena Çauşesku diktatorluğu hakimiyyətdə olduğu 15 il müddətində xalqa divan tutmuş, korrupsiya ilə yüksək məbləğdə vəsaiti mənimsəmişdi. Diktator hər yerdə özünə süni sevgi göstəriləri ilə, hər çıxışında alqışlarla qarşılanırdı. Televiziya yalnız onu göstərir, onun necə möhtəşəm insan olmasından, ölkənin inkişafından danışırdı. Onun fikri ilə razılaşmayanlar zindanlara atılır, təqib edilirdi. Yaltaqlıq, saxtakarlıq və xalqın yoxluq içində yaşadığı ölkədə Çauşesku hökmranlığı davam edirdi. O zamana kimi ki, xalq artıq boğaza yığıldı və etirazlarla onu devirdi.

 Oxşar ssenaridir deyilmi?

 Məhz Əliyev rejimi də bu ssenari üzərə hərəkət etməkdədir. Hətta bundan amansız şəkildə. İndi nəticəni çıxarmaq sırası Əliyevdədir. Onu da Çauşeskunun sonluğu gözlədiyini unutmamalıdır.

Videonu təqdim edirəm, izləyin. Bir diktatorun və xanımının sonluğunu görün.

No comments:

Post a Comment