Saturday, May 2, 2015

"5 -ci kolon" kimdir?

                                                                                                                                        pressdent.org
02-05-2015  14:10
RƏSUL MÜRSƏLOV



 Azərbaycan hakimiyyəti son günlər öz yarıtmaz siyasətini açıq şəkildə etiraf etməyə məcbur olur- bilərəkdən və ya bilmədən. Hər addımı ilə özünüifşa edir. Bunu hakimiyyətin yuxarı eşalonunda təmsil olunan məmurların dili ilə açıqlayırda. Nə olur, nə baş verir ki, bunlar belə əl-ayağa düşüblər? Bəs uğurlu inkişaf, regionda lider dövlət nağılları harda qaldı? Nədən bu qorxu? Özünüz də artıq sonunuzun gəldiyini hiss edirsiz yoldaşlar (R.M. hakimiyyət komunist olduğu üçün belə müracət edirəm), deyilmi? Bundandır sərsəmləmələr və özünüifşa açıqlamaları. Yoxsa kim özünü bu qədər axmaqca aparar. İnanın ki, bunlar artıq başını itirib, nə dediklərini bilmirlər. Düşünürlər ki, son məqamda qaçacaqlar. Axı hər bir yuxarı eşalon məmurunun xaricdə dəbdəbəli yaşam şəraiti var. Ona arxeyindirlər. Amma düşündüyünüz kimi qaçmaqla olmayacaq sonunuz, bunu unutmayın. Bunca zülmə, satqınlıq və xəyanətə, oğurluqlarınıza, qanunsuzluqlara və hətta imzasını atdığınız qətillərə görə cavab verəcəksiz.

  Son günlər president Adminstrasiyası rəhbərinin müavini Novruz Məmmədov da bu qəbildən açıqlama verdi, yəni sərsəmlədi. O, açıqlamasında bir neçə il əvvəl Səməd Seyidovun ABŞ dakı məzlun üz ifadəsi ilə söylədiklərinin oxşarını dedi. Belə ki, S.Seyidov Azərbaycanın şimal və cənubdan sandviç kimi əzildiyini açıqlamışdısa, N.Məmmədov “Avropa Olimpiya oyunları ərəfəsində rəsmi Bakı hər tərəfdən ədalətsiz tənqidlərə məruz qalır” deyə bidirib. Bir nəfər N.Məmmədovdan bunun səbəbini soruşsun. Soruşsun ki, NİYƏ? Nə üçün belə tənqidlərlə üzləşirsiz? Bəlkə səbəbi özünüzdə axtarasız. Amma sual versən tez cavabını verəcək – “bizim inkişafımızı gözü götürməyən qüvvələr, Qarabağdan danışmayıb da insan haqlarından danışanlar” və.s deyə hay həşir salacaq. Adama demək lazım ki, sən Qarabağ üçün nə edirsən ki, sənin üçün beynəlxalq qürumlar, ölkələr də addım atsın. Sən və sənin ağan, prezident özü Qarabağı işğal edən qüvvələrə qardaş demirmi? Olimpiya oyunlarında işğalçı Ermənistan idmanşılarının hesabını öz üzərinə almayıbmı? Bəs işğalın bir başa rəhbəri olan Rusiya rejiminə yarınmaq üçün dəridən qabıqdan çıxan kim? Bunları bilməyən varmı? Əlbətdə yox. Hər kəsə bəlli deyilmi Qarabağın işğalı bir başa Rusiyadan asılı və onun əlində. Bəs Rusiyanı dəstəkləmək nə mənaya gəlir? Bu o demək deyilmi ki, biz Qarabağı işğal etdiyi üçün Rusiya hökumətinə minnətdarıq. 9 may qələbə bayramına prezident qaçaraq getməklə nə demək istəyir. Hələ hərbiçilər göndərib Rusiyanın Qarabağı işğal etdiyi üçün minnət borcundan çıxmağa da çalışır. Birdə “5 ci kolon” var Azərbaycanda deyib vay-şüvən etməkdədir. Kimdir “5 ci kolon” ? Bu sözün anlamını, hara dayandığını bilməyən xalqı aldatmağa nə var ki? “5 ci kolon” Rusiyanın ölkəmizdəki agenturası ola bilər, Avropaya lazım deyil bu agentura. Onsuzda xalq Avropa Birliyindən yana. Amma Rusiya maraqlıdır ki, bizim qalan 80 % lik torpağımızı da işğal etsin. Hər kəsə də bəlli ki, müxalifət Rusiyadan yana deyil, tərəqqi, inkişaf istəyir və bunun Avropa yolunda olacağını da anlayacaq qədər savadlı kəsimə malik. Ancaq hakimiyyət elə başda president olmaqla Rusiya tərəfdarı və bu zaman da “5 ci kolon” ifadəsi bir başa onlara aid. Amma hakimiyyət hər zaman öz oyunlarını başqasının üstünə atmaqla məşğul olduğundan “5 ci kolon” söhbətini də müxalifətə yaxmaq üçün dəridən qabıqdan çıxır.

Necə ki, ofşora 48 milyard qaçıran hakim ailə İntiqam Əliyevi, Rəsul Cəfərovu vergidən yayınmaqda günahlandırır.

Necə ki, xalqın səsini oğurlayan, deputat mandatını pula satan hakimiyyət Anar Məmmədlini seçki saxtakarlığını ifşa etdiyi üçün həbsə atır.

Necə ki, 3 ton narkotik qaçıran hakimiyyət Elvin Abdullayevi narkotiklə ittiham edir və zindana atır.

Necə ki, Ermənistana qarabağı peşkəş edən hakimiyyət Leyla Yunusu, Rauf Mirqədirovu, elə məni də “vətənə xəyanət”də, ermənilərə işləməktə ittiham edir.

Necə ki….

Yaz – yaz bitməz bu sıralama.

  İndi də “5 ci kolon” rolunu oynayan hakimiyyət müxalifətə bu adı sırımağa səy göstərir. Amma alınmayacaq yoldaşlar. Hər tərəfdə ifşa olunmusunuz, sonunuz yaxın. Bu il son iliniz, buna əmin olun. Mən əminəm.


http://pressdent.org/sonxeber/168-5-ci-kolon-kimdir.html

No comments:

Post a Comment