Showing posts with label ilham əliyev. Show all posts
Showing posts with label ilham əliyev. Show all posts

Wednesday, August 19, 2015

Rasim Əliyevi cavidlər öldürmədi.


Rəsul Mürsəlov



Rasimi idmançı dəstəsi öldürmədi. Onu bu gün “həmkarları” qəbirdə belə öldürməyə “silahlanıb”. Həmkarları dediyim əslində “həm” sözünü çıxmaqla, yalnız “kar” sözünə layiq kimsələrdir.



  Bunlar lap əndazəni aşdılar.

  Söhbət prezidentə C.Hüseynovun azad edilməsi üçün müraciət edən "jurnalistlərdən" gedir.

 Əllərində iki bahanə var: 1) C.Hüseynovun atası Qarabağda şəhid olub. 2) C.Hüseynov idman yarışında bayraq qaldırıb.

  Bu qədər ucuz, bayağı fikirlərlə yaşayan bir qafa sahibi necə jurnalistikadan danışır? Axı jurnalist dediyimiz ictimaiyyət arasında öncül, haqqı nahaqqa verməyən, obyektiv, ziyalı kimi qəbul edilir. Təbii ki, bizim cəmiyyətdə belə deyil. Belə qəbul edilən sayılı jurnalistlərimiz var ki, onlarda ya rejim zindanına atılır, zindandan çıxandan sonra ölkəni məcburi tərk edir, hətta qətlə yetirilir, döyülür, söyülür və ya hər gün evdən çıxdıqdan sonra şərlənib həbs edilmədiyi və evə geri döndüyü üçün şanslı olduğunu düşünür. Mənim sözüm bayağı fikirlərlə, geriçi zehniyyətdə yaşayan “jurnalistlərədir”.

  Sözüm yuxarıda sadalananlarla yaxından-uzaqdan əlaqəsi olmayan, sayatlar açıb şirə sormaq kimi dərdi olan dırnaq arası jurnalistlərədir.
                                                                      *      *       *
 Jurnalist adını daşıyaraq yaltaqlıq, simasızlıq, ondan-bundan nə isə umaraq, 10-15 manat müqabilində icra başçılarına (və ya hansısa məmura) tərif yağdıran kimsələr əlbəttə dövlətin, məhkəmənin, qanunun nə olduğunu bilməyəcək, bilmirdə. Onların bildiyi bir neçə şey var: bu gün nə edək ki, ağanın xoşuna gələk, “bəlkə bizi qabağa çəkdi” məntiqi ilə yaşamaqdır tək təmənniləri. Birdə yuxarıda dediyim kimi, 5-10 manat pul çıxaraq düşüncəsi. Düşüncə dedikləri, beyin dedikləri 2 kiloqramlıq topluluqdan ibarət cisimdir. Bundan o yana gedişi yoxdur. Onu düşünmə, faydalı istifadə kimi işlətmək və geliştirmək üçün çaba sərf etmirlər. Onlar üçün beyin sadəcə siqnal ötürücüdür – bu gün nə yolla sümük qazanım. Axı onların ailəsi var, “ailəmi ac saxlayım” deyib üzünə, gözünün içinə baxıb, məzlum görüntüsü belə yaratmaqdan, ürəyində isə “sən fərasətsizsənsə mən də elə olmayacam ki” düşüncəsi ilə yaşamaqdan başqa beyin heç nə ifraz etmir. Onlar üçün dəyərlər, insanlıq, ictimaiyyətə xidmət, sənətinə dəyər vermə kimi amillər çox uzaqdır. Pul, ağaya yarınmaq hər şeydən üstün gəlir. Ara –sıra “Qarabağ” deyib nalə qoparmaqda “bizim ictimai mövqeyimiz var” kimisindən bir mesajdır. Yəni güzgü önündə öz-özünə qəhrəmanlıq kimi bir şey. Ən dəhşətlisi isə yenicə həyata qədəm qoyan övladlarına və hətta cəmiyyətin gənc nəslinə heydər sayağı “həyatda yaşamaq və hörmət sahibi olmaq üçün zəifi əz, rüşvət al, lazım gəldikdə yaltaqlan və əsası pulun olsun” fikrini aşılamaqdır. Beləliklə də öz cəhənnəmə dönmüş mənəvi həyatlarının ətrafını yeni piy örtüyü ilə örtərək içində gizlənməyi düşünürlər. Mənəviyyatı olmayan insan bir heçdir anlayışını əslində qəbul edirlər. Ancaq qəbul etdikləri kimi yaşaya bilmirlər. Artıq sınmış, cəmiyyətdə sayğısı olmayan kimsə olduqlarının fərqindələr. Ona görə cəmiyyətə mənəviyyatsızlığı aşılayaraq bir növ özlərinə bəraət qazanmaq istəyirlər.

  İndi həmin bu kimsələr bir bayraq qaldırdığı, atasının vətən yolunda şəhid olduğu üçün idmançıya azadlıq istəyirlər. Məntiqləri olmadığını yuxarıda açıqladım, bu ayrı. Beyinlərinin də hansı yöndə işlədiyini açıqladım, bu da bir ayrı. Amma bu qəddər də olmaz dedirtirlər və nifrəti daha da artırırlar. Bununla nə əldə etmək istədiklərini mən də dərk etmirəm. Çünki onlar qədər riyakarlıq ustadı deyiləm. Ancaq ona da əminəm ki, bunun arxasında bir şeylər var, yoxsa bu qədər geriçi bir anlayışı irəli sürməzlər.

  Düşünmənin onlar üçün zor olduğunu bilirəm, amma bu sadə anlayışdır axı. Bir insan başqa birini döyür və nəticədə onu öldürürsə, onun əşyalarını oğurlayacaq qədər düşük, vicdansız biri isə onun bir bayraq qaldırması bu qədərmi önəmli?

  Beynəlxalq arenada bayrağımızı qaldırdı deyə ölkəmizə xeyiri var deyək. Bəs o bayrağı qaldıranın sabahı gün bir jurnalisti döyərək öldürməsinə beynalxalq arenada olanlar necə baxır, bir düşünün. Mən deyim. Onlar ilk öncə bayraq qaldırana qarşı rəğbətlə baxsa da, sonrakı gün onun bir jurnalisti yazısına görə öldürməsinə, “Azərbaycanda olan vətənpərvərlər bax belə canilərdir” düşüncəsi ilə baxır. Bax indi Ermənistan çıxıb ortaya desə ki, “ay dünya bax bu adamların öyünüb gözə soxduğu adamlar belə vəhşilərdir” desə, “Qarabağda ermənilərə qarşı da belə vəhşilik ediblər, bu insan onların öndə gələnidir və belə qəddarcasına adam öldürürsə gerisini siz düşünün” desə necə olacaq? Dünya onlara inanacaq, yoxsa deyəcəklər “yox ay ermənilər, axı Cavidin atası şəhiddir, deməli o günahsızdır”.

  Bu bilirsiz nəyə oxşayır? Qənimət, Emin suçludursa, onları tutmaq olmursa, deməli ailəsini tutaq düşüncəsinə. Cavidin də atası şəhid olubsa, deməli Cavid mələk kimi adamdır.

  Bu fikir hakimiyyətin və ona yarınmaq istəyən geriçi düşüncənin ortaq məhsuludur. Hər iki qafa eyni qaba uzadıb dimdiyini, ordan su içir. Hər ikisi bulanlıq suyu udumlayır.

  Bu da ayrı bir tragekomik haldır ki, təqsirləndirilən şəxs barəsində məhkəmə hökmü olan bir kimsə üçün “şah qanundur” prinsipi ilə ağaya (İlham Əliyev) müraciət edirlər. Adamlara biri desin ki, ağa məhkəmə hakimi, vəkil falan deyil. Amma adamlar da bilir gerçəyi və bir daha cəmiyyətə göstərir ki, məhkəmə falan boş şeydir, ağa nə desə o olur. Ağa isə öz “zibilini” yumaq üçün cavidkimiləri qurban verəcək. Çünki bu dəqiqə tikan üstündə oturub, hər an bir qığılcımla ölkə qarışacaq durumdadır. Ağada bunun bilincindədir və hər şeyə ehtiyatla yanaşır.


Ağanın da sonu gəlib, sonra kimə “girəcək” bu xayinlər, onu zaman göstərər.

Tuesday, July 15, 2014

Həbs edilən hüquq

Cumhuriyyət qəzeti
 15.07.2014 - 17:11


köşə - RƏSUL MÜRSƏLOV


 Dünən Gəncə şəhər Nizami Məhkəməsində “Kamil Vətəndaş” Maarifləndirmə Mərkəzi rəhbəri, hüquq müdafiəçisi Həsən Hüseynlinin növbəti və sonuncu məhkəmə prosesi keçirildi. Hakim Ayaz Mahmudovun sədrliyi ilə keçən prosesdə “təqsirləndirilən şəxs” qismində Həsən Hüseynli, yerli hüquq müdafiəçiləri və Həsən müəllimin tələbələri iştirak edirdi.

  Həsən Hüseynliyə Cinayət Məcəlləsinin 221 ci (xuliqanlıq) maddəsi ilə qondarma iş açılmışdı  martın
31 də və həbsinə hakimiyyət tərəfindən fərman verilən hüquq müdafiəçilərindən biri idi. Kimsə məhkəmədən ədalətli qərar gözləmirdi. 04 iyul tarixində dövlət ittihamçısı 7 il azadlıqdan məhrum etmə hökmü tələb etmişdi elm adamına. Və o zamandan hər kəs, elə Həsən müəllimin özü belə həbsə gedəcəyini bilirdi.
  Gözlənilən oldu, yenə sifarişlə hökm oxuyan məhkəmələr “qalib” gəldi. Dövlət ittihamçısının tələb etdiyi müddətdən 1 il 2 gün çıxmaqla hakim Ayaz Mahmudov Həsən müəllimə 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə hökmü oxudu. Hökm oxunan kimi zalda əyləşən Həsən müəllimin tələbələri Dövlət himnini oxumaga başladılar. Polis müdaxilə etməkdə aciz qalmışdı o an. Sonra Həsən müəllim bir -bir tələbələri ilə və yaxınları ilə görüşdü, vidalaşdı. Məhkəmə zalından Həsən müəllimin qolları qandallandı və zindana aparıldı.
  Həsən Hüseynliyə vurulan qandal vicdana, elmə, biliyə, maariflənməyə, gənclərin təhsilinə vurulan qandaldır !
  Həsən Hüseynlinin zindana salınması insanlığın, azad düşüncənin, gənclərin elmə, təhsilə marağının və hüququn zindana salınmasıdır !
  Hüququn zindana salınması halı ilk deyildi və bu rejimin qalması ilə son olmayacağı görünməkdədir. Məlum, bu rejimə hüquq, elm, maarifləndirmə adamı lazım deyil – gənclərə elm öyrətmək, maarifləndirmək rejim qarşısına öz hüquqlarını bilən bir gənclik çıxartmaq, elə bu rejimə etiraz etmək deməkdir.
  Daha əvvəldən həbs edilmiş hüquq adamları, hüquq müdafiəçilərinə baxaq – Qurban Məmmədov, Pərviz Həşimli, Anar Məmmədli, Bəşir Süleymanlı, Emil Məmmədov. Bu insanlar da hüquq adamlarıdır və bu səbəbdən həbsdədirlər.
  Hələ həbs təhlükəsi olan, pasportu qanunsuz olaraq əlindən alınan, təqib edilən hüquq müdafiəçisi də var – Leyla Yunus.
  Birdə həbs ediləcəyi kəskinləşən və bu səbəbdən ölkəni tərk etmək məcburiyyətində qalan hüquq müdafiəçisi də var – Mətanət Əzizova.
  Birdə var ki haqqı müdafiə etdiyi üçün Vəkillər Kollegiyasından uzaqlaşdırılan hüquq adamı – Aslan İsmayılov.
  Var, var, var. Saymaqla, yazmaqla bitmir bu ölkənin həbs edilmiş hüququ, hüquq adamı. Elə statistikaya baxmaq yetərlidir ki ölkədə hüququn hansı yerdə olduğunu biləsən. Statistikaya əsasən Azərbaycan Respublikasında Vəkillər Kollegiyasında rəsmi qeydiyyatla 800 vəkil fəaliyyət göstərir. Bu isə o deməkdir ki orta hesabla on min nəfərə bir vəkil düşür bu ölkədə. Məncə bu statistika hüquq adına hər şeyi açıqlayır.
Hüququn həbs edildiyi “çiçəklənən” Azərbaycan.
 http://cumhuriyyet.az/kose/9566-hebs-edilen-huquq.html